IQNA

Quran surələri /30

Quranın “Roma” ilə bağlı öngörüsü və möminlərə kömək vədi

11:24 - September 11, 2022
Xəbər sayı: 3492900
“Roma” diyarı və romalıların iranlılarla müharibələri Qurani-Kərimin işarə etdiyi məsələlərdən biridir. Herakliosun Romada hökmranlıq etdiyi dövrdə, ilk illərdə İrana məğlub oldu. Lakin Qurani-Kərimə əsasən, Romanın qələbəsi xəbəri peyğəmbərə (s) verildi və bu, tezliklə gerçəkləşdi.

Qurani-Kərimin 30-cu surəsi “Rum” adlanır. 60 ayədən ibarət bu surə 21-ci cüzdə yerləşir. "Rum" surəsi Məkkədə nazil olan surələrdən biridir və Peyğəmbərə (s) nazil olan səksən dördüncü surədir.

“Roma” Avropa və Kiçik Asiyada (Türkiyə və Anadolu) yerləşən və Roma Respublikası, Roma İmperiyası və Şərqi Roma İmperiyasının (Bizans) əlində olan qədim diyar və sivilizasiyaya işarədir.

Bu surənin “Rum” adlandırılmasının səbəbi, romalıların iranlılara qarşı məğlubiyyəti və yaxın gələcəkdə iranlıların romalılara qarşı məğlubiyyətinin xəbərinin verilməsidir. Bu xəbər İslamın əleyhdarlarını və tərəfdarlarını təəccübləndirdi.

Heraklius (miladi 575-641) İslam Peyğəmbərinin (s) bütün peyğəmbərliyi dövründə yeganə Roma padşahı olub. Quranda qeyd olunan döyüşlər onun hakimiyyəti dövründə baş verib.

Həmin dövrdə iranlılar üstün güc idilər və çoxlu qələbələr qazandılar. Qurani-Kərimdə Romanın məğlubiyyətlərindən bəhs edilir. Eyni zamanda Romanın tezliklə qalib gələcəyi xəbəri verilir.

Bir müddət sonra romalılar üstünlük əldə etdilər və nəhayət miladi 627-ci ildə (hicri 6-cı) Roma ordusu “Ninova döyüşü”ndə İranı məğlub etdi və Qurani-Kərimin verdiyi xəbər gerçəkləşdi.

Bu xəbər ona görə idi ki, Roma dini bir hökumət idi. Lakin o dövrdə dini cəmiyyət olmayan iranlılara qarşı uğursuzluğa düçar oldu. Müşriklər dini cəmiyyət və hökumət qurmaq istəyən müsəlmanları məsxərəyə qoydular. Ancaq Quran bir söz verdi. O, tezliklə müşriklərin zəlil olacağını söylədi.

Allah bu misal və xəbəri söyləməklə, Allahın möminlərə verdiyi qəti vədi və köməyinə işarə etmişdir. Qiyamət və qrupların və talelərin bir-birindən ayrılması, tövhidə çağırış, insan mahiyyəti, insanların əməlləri ilə dünya hadisələri arasında birbaşa əlaqə, fitnə və fitnə-fəsadın yaranmasına insan rəftarının təsiri, ixtilaf məsələsi, zərərlər və onun dinə və cəmiyyətə mənfi təsirləri bu surənin digər mövzularındandır.

Bu surənin məşhur ayələrindən biri də ilahi fitrətdən və insanın yaradılış növündən bəhs edən fitrət ayəsidir. insanın Allaha və dinə meylini fitri və daxildən doğan bir şey hesab edir.

Cütlük məsələsi, insanlar arasında sevgi və fitri mərhəmət, gecə ilə gündüzün fərqi, dillər və rənglər, yağışın yağması və ölü torpağın dirilməsi kimi bəzi yaradılış qanunları bəyan edir. Sələmin haram olması, yoxsulların və onların yaxınlarının əlindən tutmağın vacibliyi kimi bəzi hökmlər vurğulanmışdır.

Oxşar xəbərlər
captcha