IQNA

Quran surələri / 50

"Qaf" surəsində məadı inkar edənlərə cavab

9:34 - December 25, 2022
Xəbər sayı: 3493464
Məad və ya ölümdən sonrakı həyat dini təlimlərdə vurğulanan bir mövzudur. "Qaf" surəsi Qurani-Kərimin surələrindən biridir ki, həyatı dünya həyatında məhdudlaşdıran insanlara işarə edərək, məadı inkar edənlərə cavab verir.

Qurani-Kərimin 50-ci surəsi “Qaf” adlanır. 45 ayədən ibarət bu surə 26-cı cüzdə yerləşdirilmişdir. Məkkə surələrindən olan “Qaf” surəsi Peyğəmbərə (s) nazil olan otuz dördüncü surədir.

Bu surə “Qaf” hərfi ilə başladığı üçün “Qaf” adlandırılmışdır. Məad, kafirlərin ölülərin yenidən dirilməsinə təəccüblənməsi, peyğəmbərlik, tövhid və ilahi qüdrət bu surənin mövzularındandır.

Bu surə İslama dəvət məsələsini ifadə edir və bu dəvətdə olanlara işarə edir. Yəni məad və müşriklərin onu inkar etməsinə, müşriklərin insanın ölümü, yenidən dirilməsi və ölümdən sonrakı həyatına təəccüb etmələrinə işarə edir. Davamında onların şübhə və təəccüb etmələrinə cavab verir. Sonra onları hədələyir ki, hidayət yolunu qəbul etməsələr, həlak olacaqlar.

Sonra göylərin yaradılışını göstərməklə və onu hərəkətsiz ulduzlarla bəzəməklə, yerin və köklü dağların yaradılması və genişlənməsini, erkək və dişi bitkilərin böyüməsini, göydən su göndərib bəndələrin ruzisini təmin etməklə və o su ilə yeri diriltməklə Allahın elmi və qüdrətini sübut edir.

O, bu bəhanə ilə insanın halını bəyan edir. Yarandığı ilk gündən sağ qalana qədər ciddi və dəqiq kontrol altında olduğunu bildirir. Danışdığı bütün sözlər və ağlına gələn bütün xatirələr, nəfəsi ilə həyata keçirilən vəsvəsələr qeydə alınır.  Öləndən sonra onunla necə davranacaqlar? Dünya işləri mühasibə olunana qədər haqq-hesabını vermək üçün dirildikdən sonra hələ də kontrol altındadır. Bu halda ya inkar edənlərdən olub cəhənnəmə gedir, ya da təqvalılardan olub cənnətə gedir.

Oxşar xəbərlər
captcha